Son Paylaşım

Hədəfləriniz Üçün Ətrafınızı Yönləndirin

Guide for goals surroundings    İş dünyasında idarə edə bilmək liderlik duyğularını tələb edər. Hər kəs öz işində, öz kariyerasında liderlik duyğularından istifadə etməlidir.  Liderliyin nə olduğu və bunu necə əldə etmək lazım olduğu davamlı olaraq maraqlı mövzu olmuşdur.
Professional insanlar bacardıqları qədər özlərindən öncəki liderləri izləməkdə və onların xüsusiyyətlərini özlərində cəmləməyə çalışmaqdadırlar. Mükəmməllik axtarışında olan CEO-lar üçün liderlik, sadə dillə desək bir şirkət və insanları olduqları vəziyyətdən, şirkətin hədəfinə ən qısa yolla və ən mükəmməl yolla aparmaqdır.
Guide for goals surroundings                Bəziləri liderliyin doğumdan gəldiyini söyləyərkən, bəziləri isə liderliyin sonradan  öyrənilən bir faktor olduğunu söyləyərlər. Hansı biri sizə görə doğrudursa fərqi yoxdur ama onu bılmilısınız ki, siz lider olmaq üçün istəkli olmalısınız. Risq almaq bacarığınız və insanları yönləndirərək öz arxanızca apara bilmək bacarıqınız olmalıdır. İnsanlar bir addım attıqları zaman siz iki addım ata biləcək gücdə olmalısınız. Təşkilat içərisində, şirkət içərisində  bütün insanlar sizin daha yaxşı bir dünya üçün, daha yaxşı yaşam standartları üçün, daha yaxşı və uğurlu şirkət əldə etmək üçün əzmlə çalışdığınızı görməli, hiss etməlidirlər. Mənim şəxsi fikrim liderliyin sadecə doğuşdan deyil sonradanda qazanıla bilən faktor olma yönündədir. Ən çox təsirləndiyiniz və örnək aldığınız insanlar haqqında düşünün.
Guide for goals surroundings
Siz onlardan nəyə görə təsirlənirsiniz, hansı xüsusiyyətlərinə görə təsirlənirsiniz bunları yaxşı yaxşı analiz etməlisiniz. Bu o deməkdir ki siz o xüsusiyyətləri özünüzdə cəm edə bilsəniz, sizdəndə təsirlənəcək və sizidə özlərinə ideal götürəcək insanlar olacaqdır. O zaman siz insanları daha rahatlıqla istədiyiniz hədəfə yönləndirə bilərsiniz.

Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok