Son Paylaşım

Professionallar Necə Edərdilər?

How would Professionals?Bu blogda iş həyatının önəmli yazarlarından olan Debra Bentonun "Şirlərin Kükrəməyə Eytiyacı Yoxdur" kitabına yollanaq. Bu kitabda yazar çox sayda böyük şirkət rəhbərləri ilə və önəmli iş adamları ilə apardığı müsahibələrdən yola çıxaraq şirkət içərisində, professional iş həyatında insanların necə davranmaq lazım olduğunu və necə bir görünümdə görsənmələri lazım olduqlarını açıq şəkildə qeyd etmişdir.


How would Professionals?

Daha Yaxşı Görünmək Üçün

  • Özünüzü yaxşı ifadə edə bilmək üçün bütün bədən gücünüzü tənzimləyin. Yavaş, təmkinli və məqsəd yönlü olun.
  • Bir biri ilə əlaqəli söz və hərəkətlərinizin nə mənaya gəldiyini insanlara açıqlayın və göstərin.
  • Hir hansısa bir cümləyə şoka düşmüş şəkildə qarşılıq verməyin.
  • Mənfi tərəflərinizi aşkara çıxarın və aradan qaldırmağa çalışın.
  • İstəkli və şövqlü olun.
  • Dörd dəqiqə qanununa riayət edin. (Qarşılaşdığınız zaman dörd dəqiqə ərzində hərəkətlərinizi daha möhkəm idarə edin. )
  • Gün boyu olan dəyişikliklərə ayaq uydurun. (Elastik olun)

How would Professionals?

Daha Yaxşı Əl Görüşərək Salamlaşın

  • İnsanların salamlaşma tərzlərinə hörmətlə yanaşın,
  • Ovuc içi ilə barmaqlarla deyil, Ovuc içi ilə ovuc içinə əl sıxışın,
  • Əlini sıxdığınız insanla danışın,
  • Lazım geldiyi zaman bir neçə saniyə daha çox əli sıxılı saxlayın,
  • Əliniz sıx olsun ama əlinizi qarşınızdakı adamı narahat edəcək şəkildə sıxmayın,
  • Daha çox yaxınlıq göstərmək istəyirsinizsə, iki əlinizdən istifadə edin,
How would Professionals?

İnsanların Adlarını Yadda Saxlayın

  • Daha Rahat olun, rahat olduğunuz zaman beyin daha yaxşı işləməkdədir.
  • Ad çəkdiyiniz zaman biraz ucadan istifadə edin, və qarşınızdakı ilə ilk dialoqa keçır keçmız adından istifadə edin.
  • Əgər mümkündürsə qarşınızdakı adamın adını tez bir zamanda yenə bir cümlə içərisində işlədin.
  • İlk fürsətdə adı bir yerə yazın.

How would Professionals?

Professional Əhatədə Olmaq

  • Rahat və enerjili bir vəziyyətdə göz və baş səviyyəsini tənzimləyin.
  • Sərbəst bir vəziyyətə sahib olmaq üçün təbii və hazır vəziyyət seçin.
  • Qarşı tərəfə yaxın olun ama narahat edəcək qədər yaxınlaşmayın.
  • Bir qapıya,divara və s söykəənmək yerinə dim dik ayaqda dayanın.
  • Köynək qollarını qatlamayın, saçınızla oynamayın, qalustuk və ya kəpənəyi boşlamayın.

Varlığınızı Daha Çox Hiss Etdirmək Üçün Hərəkətlər

  • Başqa ölkələrdə fərqli mənalara gələ biləcək hərəkətlərdən qaçın.
  • Hər zaman bütün mühitlərdə uyğun hərəkətlərdən istifadə edin.
    How would Professionals?
  • Əllərinizi və qollarınızı istifadə etdiyiniz zaman, onları bir birindən aralıda tutun.
  • Hər hərəkəti bacardığınız qədər mülayim etməyə çalışın.
  • Sözləriniz və hərəkətləriniz bir birini tamamlasın. Yəni nə deyəcəyinizi düşünün və dediyiniz zaman onu hərəkətlərinizlə göstərin.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok