Son Paylaşım

Zirvəyə Çıxmaq Üçün 22 Qızıl Xüsusiyyət

Go out to the top 22 for the Golden Feature                Bu yazımda bir şirkətin ən yüksək pilləsinə çıxmaq üçün 22 qızıl xüsusiyyət hansılar olduğunu qeyd edəcəyəm.  Bu qızıl qaydalar Coca Cola, Racom, Barens Group, Nextel, Healthcare, Mcdonald's, Bevarage Company, Bar-s Food, Forbes, AT & T Group və onlarla bu tipli böyük şirkətlərin rəhbərləri və CEO-ları ilə müsahibədən sonra D.A. Benton tərəfindən yazılan iş həyatında son illərdə önəmli kitablardan olan CEO Kimi Düşünmək kitabında qeydə alınmışdır. Şirkət və iş həyatında zirvəyə çatanlarda olan 22 xüsusiyyət bunlardır:

  1. Özlərinə hər zaman güvənirlər,
  2. Hərəkətlərini, Düşüncələrini, Fəaliyyətlərini daima  idarə etməyi bacarirlar,
  3. Əzimli olurlar,
  4. Davamlı olaraq öz üzərlərində işləyərək özlərini inkişaf etdirirlər,
  5. Dürüst olurlar və iş etikasına riayət edirlər,
  6. Özlərinə məxsus düşüncə tərzləri var,
  7. Təvazökardırlar,
  8. Danışmadan əvvəl hər zaman düşünürlər,
  9. Tərzlərindən və öz güclərindən xəbərdardırlar,
  10. Hər zaman üçün cəsarətlidirlər,
  11. Zarafat etməyi bacarırlar,
    Go out to the top 22 for the Golden Feature
  12. Biraz aktyorluq bacarıqları var,
  13. Xırdalıqları daima nəzərdə saxlayırlar və analiz edirlər,
  14. İş performansları yüksəkdir və insanları yönləndirməyi sevirlər,
  15. Öz adamları üçün mübarizə aparırlar,
  16. Səhvlərini qəbul edirlər ama heç bir zaman üzr istəməzlər,
  17. Doğru yolda getmək onlar üçün çox vacibdir,
  18. Kübardırlar,
  19. Oduqları sahədə baş verən hər yenilik ilə maraqlanırlar, yəniki yenilikçidirlər,
  20. Rəqabətçidirlər,
  21. Trendlərə ayaq uydura bilirlər, yəniki elastikdirlər,
  22. Yaxşı danışıq qabiliyyətləri var.
    Go out to the top 22 for the Golden Feature

    İşinizdə, kariyeranızda, şirkətinizdə ən yaxşılardan olmaq istəyirsinizsə bu 22 xüsusiyyəti özünüzdə cəm etməlisiniz. Əgər siz bunların çoxsunun sizdə var olduğunu düşünürsünüzsə, özünüzə qiymət verməyi bacarın. Əksik yönlərinizi aradan qaldıraraq daha uğurlu iş standartları və həyat standarları əldə edin. Xeyirli olması diləyi ilə.

Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

2 yorum

önemli meslehetleriniz űçűn size tešekkűr edirem

Balas

Xoşdur mənim üçün, buyurun

Balas