Son Paylaşım

Şəxsi PR

  Əgər yaxşı bir iş görürsünüzsə, yaxşı bir layihə üzərində çalışırsınızsa ətrafınızdakıları bundan xəbərdar etməlisiniz. Təbidirki siz bunu professionallara xas olan şəkildə etməlisiniz. Sizin şəxsi PR kampaniyasına başlamağınıza iki səbəb vardır.
personal PR


  • Daima görünən olmaq - Siz gündəlik olaraq həm öz iş sahənizdə həmdə iş sahəniz olmayan bəzi sizin işinizə yararlı olan digər sahələrdə görünməyinizi təşkil etməlisiniz. Bu gedişat insanlarda sizi daha yaxından tanımaq istəyi yaradacaqdır.
  • Prestijinizi qaldırmaq - Prestijinizi qaldırmanın böyük əhəmiyyəti vardır. Bir tərəfdən sizin özünüzə inamınızı artıracaqdır bir tərəfdən ətrafınızdakıların sizə inamını artıracaqdır.
    personal PR


                Şəxsi PR elə mövzudur ki, bu mövzuda fəaliyyət göstərmək üçün spesifik bir neçə addım atmalısınız. Bu bütövlüklə sizdən aslıdır. Sizin çalışdığınız sahə ilə bağlıdır. Ancaq şəxsi PR üçün önəmli dərəcədə gərəkli olan fəaliyyətlər vardır kı, mən onlardan bəzilərini sıralayacağam.
  • Sosial mediadan düzgün istifadə etmək hər bir iş adamı üçün vaciblik kəsb edir. Günümüzün bizə yaratdığı imkanlardan düzgün və professional şəkildə yararlanmaq lazımdır. Burada söhbət Facebbok, Twitter, Linkedin, Youtube, Blogger, Wordpress və s. böyük önəm kəsb edən saytlarda fəaliyyət göstərməkdən gedir.
  • Şəxsi fəaliyyət kitabçası yaradın özünüzə. Bu fəaliyyət kitabçanızda daima yeni fəaliyyətlərinizi qeyd edin. Nə qədər çox sahədə iş görərsəniz görün bunları  gündəlik, həftəlik və aylıq olaraq fəaliyyət tarıxçəsində qeyd edin. Bu fəaliyyətlər arasında ən önəmliləri programların öyrənilməsi, yeni bacarıqların öyrənilməsi, yeni dillərin  öyrənilməsi yer almaqdadır.
  • Bu başlıqdan əvvəlki iki başlıq altında topladığım fəaliyyətləri özünüzədə elə şəkildə şaxələndirib həyata keçirin ki, bunları CV-nizdə qeyd etdiyiniz zaman sizin CV-nizin dəyərini artırsın.
  • Görəcəyiniz fəaliyyətləri, yəni şəxsi PR-ları qısa zamanda və uzun zamanda planlar şəklində bölümləndirin. Qarşınıza hədəflər qoyun, nəyin bahasına olursa olsun hədəflərinizə çatmağa çalışın.
personal PR


                Bu listi dahada uzatmaq olar. Yenədə söylədiyim kimi bu sizin çalışdığınız sahədən aslıdır. İstər karyera qurmaq yolunda olasınız, istər şəxsi biznes fəaliyyəti ilə məşğul olasınız şəxsi PR sizin ən böyük uğurunuz olacaqdır. Yararlı olmasını diləyirəm. Uğurlar.

Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok