Əgər liderlərin və uğur qazanmış
insanların yüzünün yüzündə də olacaq bir xüsusiyyətin nə olduğunu axtarırsınızsa bunun cavabı əzmdir.
Əzm başqa birilərinin sizə bir işi edə bilmərsən, bacara bilmərsən deməsi ilə
ortaya çıxar. Bu zaman siz özünüzdə güc tapıb digərlərinin dediklərinə məhəl
qoymadan əzmli olmalısınız. Axı sizi digərlərindən fərqləndirən cəhət və
xüsusiyyətdə elə budur. Öz gücünüzə yalnız özünüz bələdsiniz. Sizin qəlbiniz
sizə bir balaca dayanmağınızı və yavaşlamağınızı desə belə siz davam etməlisiniz.
Bax budur əzmli olmaq. O zaman siz istədiyiniz uğuru qazanmaq üçün cəhdlər edəcəksiniz.
Dayanmadan bunu davam etdirəcəksiniz. Bu yolda sizin qarşınıza hədəfə çatmaq
üçün yeni problemlərdə çıxacaqdır, yeni fürsətlərdə çıxacaqdır. Problemləri əzmlə
və professionalca dəf edərək fürsətlərdəndə əzm və professionalca istifadə etməlisiniz.

Əzm dedikdə çoxlarının ağlına
inadkarlıq gəlir. Ama əzm və inadkarlıq biznesdə tam fərqlidir. İnadkarlıq daha
çox professional olmayan şəxslərə aiddir. Onlar hər zaman öz bildiklərini edirlər.
Səhv və ya düz olmaqlarından aslı olmayaraq yollarına davam edirlər. Bu isə
qeyri peşəkarcasına atılan addımlarıdr. Ama əzmli olmaq hər şeyi əvvəlcədən gözəl
analiz etmək, səhvləri və doğruları bir birlərindən ayırmaq, əvvəlcədən bu sahədə
uğurlar əldə etmiş insanlardan məsləhətlər almaq və s. getdiyi yolda ona dəstək
olacaq fəaliyyətləri yerinə yetirməkdir. Əzmlə hər bir şeyi yaxşı yaxşı öyrənib
uğur üçün mübarizə aparmaqdır.Əzm, kiçik problemlər qarşısında yolundan dönməyib
problemin həll yolunu daha dəqiq daha əzmlə öyrənib problemləri aradan
qaldırmaqdır.

Xəyal qırıqlığı, əngəllər,
çatışmamazlıqlar sizin əzminizi qırmasın. Bunlar müvəffəqiyyətə çevrilə biləcək
ünsürlərdir. Əzmlə səhv salına biləcək fəaliyyətlər var. Əgər davamlı olaraq lahiyənizdə həm
zaman həmdə pul itirirsinizsə bu gedişatı durdurun. Bu gedişatın əzmlə bir əlaqəsi
yoxdur. Bu vəziyyətdə qürur etmək sizə heç xeyir gətirməyəcəkdir. Professional
insanlar davamlı olaraq lahiyələrində geri getdiklərini görərlərsə
dayanarlar. Belə vəziyyətlərdə əzmli
olmaq bir güc deyil əksinə xəstəlikdir.
Digər Oxşar Yazılarım: