Son Paylaşım

Özünüzə "Axış Testi" Tətbiq Edin

Özünüzə "Axış Testi" Tətbiq EdinMihaliy ve onun Chicago Universitetindəki qruppası tərəfindən bir test modeli ortaya qoyuldu.  Özlərinə nümunə üçün insanlar seçdilər və bunlara 1 həftə ərzində gündə 8 dəfə zəng edərək əhvallarının nə yerdə olduğunu soruşub qeyd etdilər. Bu test zamanı insanların hansı zamanlarda daha motivasiyalı olduğunu ortaya qoyaraq bunun səbəblərini nümunə seçilən insanlardan öyrəndilər. Nələrin qaydasında getmədiyini, nümunə seçilən insanların nələri dəyişmək istədiklərini müzakirə etdilər. Hədəflərinə gedən yolda onlara daha yaxşı "Axış Testi" yaratdılar. Bu model özünü iş sahəsindədə qısa bir zamanda doğrultdu.

Özünüzə "Axış Testi" Tətbiq Edin
        Sizdə bu modeli özünüzə tətbiq edə bilərsiniz. Bir həftəlik müddət aralığı seçərək, gün ərzində müəyyən vaxtlarda telefonunuzda zəngli saat funksiyasını avtomatik işlək halda tutun. Bu zəngli saat sizi xəbərdar etdikdə zamanı və əhvalınızın nə yerdə olduğunu bir kağıza qeyd edin. Sonda birdə əhvalınızın belə olmağının səbəbini qeyd edin. Bu zamanlar və səbəbləri qarşılaşdıraraq özünüzə daha keyfiyyətli "axış test"i hazırlayın. Bu keyfiyyətli axış testini, öz görəcəyiniz iş planı üzrə üst üstə gətirin. O zaman aralığında motivasiyanızın yüksək olduğuna görə əvvəlki zamanlara nisbətən daha keyfiyyətli iş ortaya çıxaracaqsınız. İşinizi,planınızı daha məhsuldar yerinə yetirəcəksiniz. Qalan zamanda isə daha çox iş görə bilər və yaxud bunu yaxınlarınıza ayıra bilərsiniz. Məsləhət görərdimki sadecə vaxtınızı işə sərf etmiyəsiniz. Ailənizə, dostlarınıza, yaxınlarınızada vaxt ayırasınız.Ugurlar.

Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok