Şirkətdə işləyən çox insanlar elə düşünürlərki
şirkətin HR departamenti şirkətdəki hər kəs üçün kariyera ölcüb biçməklə məşğuldurlar.
Elə bilirlərki şirkətdə onlar üçün böyük planlar hazırlanır və hər şey
qaydasında getdiyində onlar o böyük planın başına keçəcəklər. Davamlı olaraq
standartlığı sevən bu insanlar sadecə qaydalara əməl edərək və öz işlərini görərək
şirkətdə yüksək yerlərə gəlmək istəyirlər.
Şirkətdəki olan qayda qanuna bel bağlayan bu insanlar,
şirkətin qayda qanununa
uyduqları təqdirdə böyük yerlərə gələcəklərini düşünürlər. Ama
bu heçdə belə deyil.
Kariyeranız, gələcəkdəki şirkətdə olacağınız yer bütövlüklə
sizdən aslıdır. Heç bir kəs sizin üçün sizdən yaxşı kariyera qura bilməz. Nə
istədiyinizi bilmək məcburiyyətindəsiniz. Öz kariyeranızı istədiyiniz kimi
şəkilləndirmək istəyirsinizsə gərək planlarınızıda özünüz şəkilləndirəsiniz, hər
hansısa şirkət qanunu yox. O şirkətdə ən yüksəyə qalxmaq üçün hansı
kriteriyalar hansı bacarıqlar və nə dərəcədə bilik səviyyəsi və ustalıq lazımdırsa
onları siz öncədən müəyyənləşdirməlisiniz və onları əldə etmə doğrultusunda
olmalısınız.
Digər Oxşar Yazılarım:
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir.
Çalışdığı şirkətlər:
Əmlak.az - Marketing manager,
BHB - Marketing and sales manager,
Biznesmen.az - Partner and Project Manager,
Auto Azerbaijan - Marketing manager.