Son Paylaşım

İş Yerinizdə Hərəkətliliyi Artırmaqın İp Ucları

İş Yerinizdə Hərəkətliliyi Artırmaqın İp Uclarıİnsanlar daima eyni işləri edirlər. Çünki artıq bu işdə özlərini göstərə biliblər.  Buna görədə kiçik fərqlilik etməyə can atmazlar. Bu isə davamlı olaraq eyni yerdə addımlamaq deməkdir. Bu yazıda sizə iş yerinizə hərəkətlilik qata biləcək bir neçə ip ucu verəcəyəm.


    İş Yerinizdə Hərəkətliliyi Artırmaqın İp Ucları
  •  İş yerində çox fərqli bacarıqlara malik insanlardan bir qrup yaradın. Harvarddan Teresa Amabilenin məsləhət gördüyü kimi, insanların bir birini hərəkətə keçirəcəyi, bir birlərinə bir şeylər öyrədəcəkləri, bir birlərindən iş görmək üçün şövq aldıqları bir mühit yaratmaq lazımdır.
  • İş yerinizdə rəqabət yaratmayın. Daha yaxşı performans əldə etmək üçün iş yerində rəqabətin ortaya atılması düzgün deyildir. Bu nadirən işə yarayan bir yöntəmdir. Bu metod daxili motivasiyanı korlayır. Rəqabət yaratmaqdansa bir hədəf doğrultusunda işçilər arasında iş birlikləri, yardımlaşma düşüncəsini yaradın.
  • Personallar əgər öz işlərindən sıxılıblarsa, illərdir eyni işi görürlər və getdikcə daha aşağı performans göstərirlərsə işlərində kiçik dəyişikliklər etmək çox yaxşı olar. Təlimlər və seminarlar keçirilməsi və onları işinə bağlayacaq yenidən güc verəcək təkanlar hazırlanması gərəklidir.
  • Əsas məqsəd hədəf ilə işçiləri canlandırmağa calışın, mükafatlandıraraq canlandırmağa çalışmayın. Çünkü mükafatlandırmanın mənfi cəhətləri var, bir müddətdən sonra mükafat sistemindən çıxdıqdan sonra işçilərdə ruh düşkünlüyü yaranacaqdır. Buna görədə ən gözəl metod işçiləri birlik halında hədəfə yönləndirərək canlandırmaqdır. 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok