Son Paylaşım

Etdikləriniz Göz Qabağında Olsun


motivation- motivasyon - motivasiya
            Düzdü biliyin, bacarığın olması çox gözəldir. Ama əgər bunu istifadə edə bilmirsinizsə bu heç bir şeyə bərabərdi. Bu bacarıq və biliklərlə bərabər özünüzü yaxşı dəyərləndirməyi bacarmalısınız. Beyninizi, fikirlərinizi, biliyinizi və bacarıqlarınızı elə bir qiymətdən ortaya qoymalısınız ki onlara hər kəs sizin qədər dəyər versin. Ama bunu edərkən heç vaxt nə qədər yaxşı olduğunuzu söyləməyin. Bunu onsuzda etdikləriniz sizin əvəzinizdən söyləyəcəkdir. Referanslarınızı artırın. Əgər bir fikri, ideanı real olaraq tətbiq edə bilmirsinizsə, bunu edə biləcək adamları ətrafınıza toplayın və motivasiyalarını artırın. Onlara dəyər verin, çünkü onlar sizi hədəfə aparacaqdırlar.

motivation- motivasyon - motivasiya
            Qurumlarda o qədər az insan fikirləri həyata keçirmə iradəsinə sahibdir ki, bunu edə bilənlər diqqəti cəlb edərlər və axtarılan insan halına gələrlər. Fikirləri çalışın ki, istər öz gücünüzə istər  digərlərinin gücünə realda tətbiq edə biləsiniz.
            Səhnədə işığın altında durun. Yuxarı məqamlardakı müdürlərə edilən təqdimatlar, şirkət üçün verilən dərslər, satış qruplarına edilən danışıq yerləri və s. əsasən dediyim bu işığın altıdır. Gözləməyinki bu məqamlar gəlib sizi tapsın, siz onların üzərinə gedin. Yaddaşlardan silinməyəcək performanslar üçün çox çalışın.



Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok