Son Paylaşım

Çətin və Fərdi İşlər Görün


motivation            Davamlı olaraq çətin və fərdi işlər görün. Hər kəsin çətin gördüyü, etməkdən boyun qaçırdığı işləri siz xoşlayın. Bu işləri etməyə can atın. Bu sizə çətin işlərin üzərindən gələ biləcək bir insan olduğunuzu hiss etdirməklə bərabər, həmdə ətrafınızdakı insanlara sizin nə qədər iradəli olduğunuzu göstərəcəkdir. Bu xüsusiyyətiniz sizi digərlərindən fərqləndirəcəkdir.  Bu işlər, sizin yerinizi iş sahəsində bərkidəcək və gələcəkdəki çətinliklərə hazırlayacaqdır.


motivation
            Tək başına edilə biləcək çətin işlər təkcə şirkətdəki iş sahəsində deyil. Bu bir qış günü hər kəsin yuxuda olduğu  bir vaxtda sizin bir hədəf üçün çalışmağınız, daha yaxşı formada olmağınız üçün hər gün uzun məsafələr qaçmağınız, gözəl fikirlər verən kitablar oxumağınız, daha çox sata bilmək üçün daha çox müştəri ilə görüşmək kimi fəaliyyətlərdə ola bilər.

            Əsas odurki fərdi bir şeylər görməyə çalışın. Bu sizə əzimli olmağı, bir işin üstəsindən tək gələ biləcəyinizi öyrədəcəkdir. Professional iş adamları uzun uzadı iş fəaliyyətlərini yaxşı bilərlər. Onun üçündür ki, onlar hər zaman digərlərinin bir addım önündə olurlar.



About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok