
Bu yazıda mən, böyük naaliyyətlər əldə etmək üçün zirvədə
olanların getdiyi yolun izlənilməsinin vacibliyindən yazmışam. Sonda isə bunun
heçdə boş yerə söylənilmədiyini və bu deyimin Səbəb - Nəticə qanunu ilə birbaşa
əlaqəli olduğunu açıqlamışam.
Əslində əvvəlki zamanlara baxdıqda,
indiki zamanda böyük uğurlar əldə etmək daha rahatdır. İqtisadiyyatın
böyüklüyü, bazarların genişliyi, məhsul çeşitlərinin bolluğu, texnologiya,
qloballaşma, reklam etmənin asanlaşması, məlumatların rahatlıqla əldə edilməsi
və s. bunları dahada artıra bilərik. Bunlarla paralel edilməsi lazım olan sadecə
bir ünsür var ki, buda hər şeyi doğru etmək və sona qədər əzm göstərmək. Bəs necə bilərik
ki, biz işimizi doğru edirik?

Yazının əvvəlindədə bildirdiyim kimi
"Zirvədəkilər kimi düşünmək lazımdır" deyimi boşuna söylənilməmişdir.
Bu deyim Səbəb - Nəticə qanunu ilə çox yaxından əlaqəlidir. Beləki bu qanuna əsasən
baş verən hər bir hadisənin bir vəya bir neçə səbəbinin olduğu söylənilir.
Burdan yola çıxaraq sizdə istədiyiniz hədəflərə çata bilərsiniz. Etməniz lazım
olan isə, bu nəticəni əldə edən birini tapmaq və onun bu nəticəni əldə etmək
üçün etdiklərinin eynisini etməkdir.
Digər Oxşar Yazılarım: