Son Paylaşım

Professionallıq Məsuliyyət Tələb Edir

Professionallıq Məsuliyyət Tələb Edir
İşinizdə hər zaman sizdən gözlənilən standartdan daha çoxunu nümayiş etdirməlisiniz. Təkcə bununla kifayət etməməlisiniz həmdə bunun məsuliyyətini öz üzərinizə götürməlisiniz. Professionallar hər zaman öz işlərinə qarşı çox məsuliyyətli olarlar. Onlar öz işləri ilə bağlı çətinlikləri başqalarının üstünə yıxmazlar. Əvəzində o çətinliyi həll edə biləcəkləri ən düzgün yolu analiz edib seçərlər. Xoşlarına getməyən bir gedişatın olduğunu gördükdə, bu işin öhdəsindən gələ biləcəklərinə inamlı olarlar.


Professionallıq Məsuliyyət Tələb Edir
                İşin ən yaxşı tərəfi ondadır ki, nə qədər çox məsuliyyətiniz olarsa, özünüzə və işinizə qarşı sevgi və hörmət daha çox olar. Özünüzə və işinizə qarşı nə qədər sevgi və hörmət olarsa, o qədər pozitiv olarsınız və özünüzü o qədər yaxşı və rahat hiss edərsiniz. Buda sizin normalda görə biləcəyiniz işdən daha çoxunu görməyinizə imkan yaradacaqdır.

            Bu andan etibarən harda işləməyinizdən aslı olmayaraq özünüzü tək nəfərlik bir şirkət kimi düşünün. Bu şirkətin çətinliklərlə qarşılaşa biləcəyini, böyük müvəffəqiyyətlər qazana biləcəyini təsəvvür edin. Buna görədə bu şirkətin planları, strategiyaları, taktikaları, misyonunu, vizyonununun düzgün olması lazım olduğunu düşünün. Bunlar üzərində ciddi şəkildə işləsəniz, işinizə qarşıda o qədər ciddi və məsuliyyətli olarınız. Şəxsi qazancınızda gündən günə ilərləyişlər olar. Karyeranızda böyük nailiyyətlər əldə edərsiniz.

Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok