
Pozitiv
olan və həmişə müvəffəqiyyətin arxası ilə qaçan insanlar, əzmli insanlardır. Əzmli
insanlar mükəmməlliyyəti əldə edirlər. Bu yazımda öz sektorunuzda mükəmməl
olmanın vacibliyindən və mükəmməl olmaq üçün hansı addımların atılması lazım
olduğundan bəhs etmişəm.
Söylədiyimiz
kimi mükəmməl olmaq üçün əzmli olmaq lazımdır. Əzmli olmaq üçün isə pozitiv
olmaq və daima müvəffəqiyyət qazanmağı fikirləşmək lazımdır. Çünki əzmli
insanların hədəfləri böyük olur. Əzmli insanlar ən yaxşısını edəcək gücü özlərində
hiss edirlər. Onlar çox yaxsı bilirlərki sektorun çox böyük hissəsi mükəmməl iş
adamlarının əlindədir. Əzmli insanlar riskləri rahatlıqla gözə almağı bacarır
ama əlbətdəki ağıllı riskləri .
Heç
bir müvəffəqiyyət birdən birə baş vermir. Heç bir şəxs çox qısa zamanda öz
sektorunda lider ola bilmir. Bunun üçün zaman və təcrübə lazımdır. Bunuda əzmli
adamlar əldə edə bilir. Düşünün ki, indiki böyük şəxsiyyətlərdə nə vaxtsa kiçik
işlərdən başlayıblar. Onlar pozitiv olublar və inaniblar ki, bu işin öhdəsindən
gələcəklər. Hər zaman müvəffəqiyyət arxası ilə qaçıblar. Əsas əzmli olublar və
bu günki liderlər ola biliblər.

Əzmli
olmaqla bərabər planlı iş görmək lazımdır. Mükəmməl olmaq üçün planın olması şərtdir.
Əks təqdirdə əziyyətinizin bir qismi boşa gedəcəkdir. Bunun üçün siz gözəl şəkildə
sizi hədəflərə aparacaq plan hazırlamalısınız. Plan bildiyiniz kimi kiçik
taktikalardan ibarətdir. Bu taktikalarınıza 1 ilə 10 arasında dəyərlər verin.
Hansı taktikalar daha dəyərlidirsə onları daha önə çəkin. Hər gün sizi hədəfinizə
aparan bu plan üçün bir şeylər etməyə çalışın və edin. Bu plan sizin mükəmməllik
yolunuzu dahada sürətləndirəcəkdir.
Digər Oxşar Yazılarım:
Digər Oxşar Yazılarım: