Son Paylaşım

Üç Faiz Qaydası, Böyük Ugurlara Gedən Yol,

Three Percent Rule,
 Buda sizin müvəffəqiyyətinizi qarantiləyəcək, böyük bir ehtimalla sizi hədəfinizə çatdıracaq bir qayda. Qazancınızın 3 faizini özünüzə investisiya olaraq ayırın. Hər dəfə qazanc əldə etdikdə bu prosesi təkrarlayın. Bunu etməklə siz, növbəti qazancınıza qədər özünüzə daha çox inamlı olacaqsınız, daha çox məlumata yiyələnəcəksiniz.

  Davamlı olaraq bu qaydaya əməl edərək özünüzə investisiya ayırsanız,  özünüzə, gələcəyinizə, qazancınıza qarşı fikirlərinizdə müsbət şəkildə dəyişiklik olacaqdır. Daha bacarıqlı və məlumatlı olacaqsınız. İşinizi, özünüzü, dəyərlərinizi və fikirlərinizi daha ciddi qəbul edəcəksiniz. Toplum tərəfindən daha ciddi qarşılanacaqsınız.
Three Percent Rule,
   Özunüzə yatırdığınız hər manat qarşılığında 10, 20, 50, 100, hətta min manat pul qazanmağın yollarını kəşf edəcəksiniz. Bəzən heç gözləmədiyiniz kitabdan yada hansısa seminardan elə bir fikir öyrənərsiniz ki, bu fikirlə siz öz "qabığınızı" qıra bilərsiniz. O fikir, sizin illərlə davam edəcək işinizi daha qısa zamanda həll etmənizə köməkçi olacaqdır.

    Qazancınızın 3 faizini özünüzə investisiya olaraq ayırdığınız zaman, illər sonra siz öz sahənizin ən bacarıqlı və bilikli mütəxəssislərindən birinə çevriləcəksiniz.



Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok