Son Paylaşım

Niş Marketinq (Niche Marketing)

Niş Marketinq (Niche Marketing)
Niş Bazar, istəkləri tam olaraq qarşılanmayan kiçik bir müştəri qrupunun istəklərini daha yaxşı qarşılaya bilmək üçün təyin olunan geniş əhatəli olmayan, kiçik bir bazar bölümüdür. Böyük şirkətlərin və bazar liderlərinin o qədərdə ciddiyə almadığı kiçik boşluqların kəşf edilməsi ilə yaradılan niş bazarlar, böyük bazar xüsusiyyətlərini özlərində daşımırlar. Hələ kimsə tərəfindən aşkarlanmamış, heç kimin ağlına gəlməmiş, və ya lazımı qədər əhəmiyyət verilməmiş bu boşluq, hər kəsi razı salmaq yerinə daha az insanı daha çox razı salacaq məhsulları əhatə edir. Kimsənin görə bilmədiyini siz görə bilsəniz, bu sizin müvəffəqiyyətinizdir.

Niş Marketinq (Niche Marketing)      Niş Marketinq, niş bazarlarının tapılması, analiz edilməsi, ölçülməsi və məhsulların bazara təqdim olunmasını və s. özündə cəmləyir. Niş marketinqin əsas məqsədi bazardakı boşluqları doldurmaqdır. Əsas bazar  marketinqini niş marketinq izlədiyi kimi niş marketinqidə mikronizə marketinq izləyir. Mikronizə marketinq, tək müştərili bazar fəaliyyətlərini özündə cəmləyir.

Niş Marketinqin Xüsusiyyətləri

  1. Niş marketoloqlar müştərilərinin istəklərinə uyğun məhsul bazara təqdim edirlər. Əvəzindədə müştərilər bu məhsul qarşılığında istənilən qiyməti ödəyirlər.
  2. Marketoloqlar niş bazardakı məhsullarını müştərilərinə (daha az və harada olduqları bilindiyi üçün) asand yollarlala tanıtdıra bilirlər.
  3. Niş bazarda fəaliyyət göstərən firmalar istehsal etdiklər məhsulun üzərinə daha çox qazanc payı qoya bilirlər.
Niş Marketinq (Niche Marketing)
     Toyota, Mercedes, BMW kimi ümumi bazar üçün avtomobil istehsal edən şirkətlər ümumi bazara xitab edərkən Ferrari, Lamborghini kimi avtomibil markaları lüks sport avtomobilləri sevən kütlə üçün məhsul istehsal edir.


     Ans, Lider, ATV kimi kanallara bütün kütləyə xitab edərkən Trt Çocuk, Yumurcak Tv kanalları az yaşlı təbəqəyə xitab edir. Niş bazara aid bunlara bənzərr minlərlə misal çəkmək olar.
   
     Mobil telefon bazarında, i-phone, Samsung, Sony bütün bazara xitab edərkən, Vertu yalnızca lüks və göstərişi sevən kütləyə xitab edir. 



Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok