Son Paylaşım

Şirkətlərin Hiyləgərliyi, Pusqu Marketinq (Ambush Marketing)

Şirkətlərin Hiyləgərliyi, Pusqu Marketinq (Ambush Marketing)
Bu yazımda Pusqu Marketinqdən (Ambush Marketing) bəhs etmək istəyirəm. Pusqu marketinq "Parazit Marketinq" olaraqda tanınır. Pusqu Marketinq, bir idman,sosial yada bir siyasi hadisə ilə əlaqəsi olmadığı halda reklam,PR və digər marketinq fəaliyyətlərindən istifadə edərək öz məhsullarını önə çıxartmaq üsuludur. Gəlin ən məhsur olan bir neçə nümunə hadisəyə baxaq.










Şirkətlərin Hiyləgərliyi, Pusqu Marketinq (Ambush Marketing)
Fuji 1984-cü il Olimpiyadayasına rəsmi sponsurluq edərkən, Kodak Amerika milli yığmasının oyunlarının TV-də yayınlanması üçün sponsorluqu ələ aldı. Beləliklə Amerikada olimpiyadanın rəsmi sponsuru Kodak olaraq bilindi. Resmi sponsuru Kodak olan Seul 1988 Olimpiyadasında Fuji, Tv yayınlarını ələ keçirərək bunun əvəzini çıxa bildi.

Şirkətlərin Hiyləgərliyi, Pusqu Marketinq (Ambush Marketing)


Sidney 2000 Olimpiyadasında Qantas Hava Yollarının istifadə etdiyi " The Spirit of Australia" şüarı oyunların "Share the Spirit" şüarı ilə üst üstə düşmüşdür. Bunun tam bir təsadüf olduğunu bildirən Qantas özünü müdafiə etmişdir.


Şirkətlərin Hiyləgərliyi, Pusqu Marketinq (Ambush Marketing)

Pringles, Wimbledon Tenis turnirinə sponsur olmasada, tenis topu qutularına bənzəyən qutularda çipsi istehsal edərək onların üzərində "bunlar tenis topu deyil" yazısı ilə 24 min ədəd Pringles-i turnir keçirilən meydanlara yaxın yerlərdə əhaliyə paylamışdır. Əlavə olaraq izləyiciləri cəlb etmək üçün Roger Federer və Björn Borg kimi tenis əfsanələrinin oxşarlarından və böyük pringles qutularından istifadə etmişdir.


Pusqu Marketinqin 3 növü var:
  1. Birbaşa Pusqu - Hadisə ilə heç bir əlaqəsi yoxdur. Ancaq özünü hər hansısa bir yolla bu hadisədə ki əsas məsələlərlə əlaqəndirərək özünü hadisə içində göstərmək.
  2. Dolaylı Pusqu - Terminologiyadan və dolaylı yollardan istifadə edərək həmin baş tutacaq hadisədən xeyir əldə etmək. Məsələn : Nike Pekin Olimpiyadası üçün hazırladığı xüsusi geyimlərlə özünü sponsurmuş kimi və hadisə ilə əlaqəsinin olduğu kimi göstərmişdir.
  3. Təsadüfü Pusqu - Bir idmançı, komanda, siyasi xadim və s. tərəfindən seçim edilən markanın, o hadisə ilə əlaqəsinin olması kimi görsənməsini nümunə olaraq göstərə bilərik.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok