Son Paylaşım

Marketinqi Necə Ölçərik?

Bir iş yerində marketinqin nə qədər əhəmiyyətli rol oynanıb oynanaması və yaxud iş yerində marketinq anlayışının nə qədər düzgün var olub olmamasını dördü əsas, beşi isə ikinci dərəcəli ünsürlə ölçmək olar. Bunlar:
1. Müştəri mərkəzli düşüncə
   1.1. Ümumi ehtiyacların bilinməsi
   1.2. Hədəf qurupların bilinməsi
   1.3. Məhsul fərqliliyi
   1.4. Fərqli üstünlük strategiyası
   1.5. İstehlakçı araşdırması
2. Bütövlüklə marketinq
3.Müştəri razılığı
4.Sistemli planlama
Marketinqi Necə Ölçərik?

1. Müştəri mərkəzli düşüncə

Müştəri mərkəzli düşüncə anlayışı, məhsulun kəşf edilməsindən ve yaxşılaşdırılmasından bazara paylanması və satışına qədər gerçəkləşən hər bir fəaliyyətdə iş yerinin öz məhsuluna müştəri gözü ilə baxmasını vacib qılır. Bu anlayışı bəzi cümlələrlə ifadə edə bilərik,
İş yerimizə müştəri gözü ilə baxmalıyıq.
Müştəri hər şeydən önəmlidir.
Iş yerində ən yuxarı məqamda müştəri adlı kral oturur və s.
Bu anlayış çox vacibdir ama bu anlayışın iş yerində məna kəsb etməsi üçündə bir sıra alt anlayışlar lazımdır.
marketinq haqqinda

1.1. Ümumi ehtiyacların bilinməsi

Bu anlayış sizə hal hazırda olduğunuz bazarda istehlakçıların sizin məhsulunuza nə ölçüdə ehtiyac hiss etdiyini ölçəməyə yardımçı olur. Əsas vacib tərəfi ondadır ki, bu anlayışda siz ehtiyacın nə dərəcədə vacibliyini və dəyişə bilirliyini ölçməyi bacarmalısınız.

1.2. Hədəf qurupların bilinməsi

Bu anlayışla siz hansı növ müştəriyə xitab etdiyinizi anlayırsınız. Hər müştəri qrupunun istək və ehtiyacları fərqlidi.

1.3. Məhsul fərqliliyi

İş yerləri bu anlayış sayəsində, həm məhsulun qiymətini qaldıra bilərlər, həm bazardakı bazar payını qoruyub və ya artıra bilərlər, həmdə daha çox məhsul sata bilərlər.

1.4. Fərqli üstünlük strategiyası

Hər iş yeri öz məhsulu və bazarı üçün fərqli bir üstünlük sahəsi yaratmalıdır. Qələbənin əsası strategiyaya dayanır ki iş yeridə öz fərqliliyini strategiyalara yansıtmalıdır.

1.5. Bazar və istehlakçı araşdırması

Marketinqdə heç bir zaman bir bazarı və ya istehlakçını 100 % araşdırıb öyrənmək olmur. Amma mümkün dərəcədə çox öyrənmək o işdəki risqi aşağı salar. Bu belə olmasa idi hər il yüzlərlə böyük şirkətlər tərəfindən bazar və istehlakçıların araşdırılmasına milyonlarla pul ayrılmazdı.

Marketinqi Necə Ölçərik?2. Bütövlüklə marketinq


Bütövlüklə marketinq anlayışı, iş yerini bir bütün olaraq ələ alan və iş yerinin müvəffəqiyyəti üçün tək başına marketinq şöbəsinin fəaliyyətlərinin yetərli olmadığını ortaya qoyan bir anlayışdır. Bu anlayış iş yerinin müvəffəqiyyəti üçün bütün şöbələrin birlikdə çalışması və yuxarı məqamda çalışanlarla daha aşağı məqamda çalışanların hədəfinin bir olmasını ortaya qoyur.


3. Müştəri razılığı

Marketinqi Necə Ölçərik?
Bu anlayışda çox vacibdir. Çünki iş yerinin gələcəyini təyin edən ünsür müştəridir.


 Müştəri razılığı iş yerinin əsas məqsədi deyil. Sadecə əsas məqsədə çatması üçün lazımlı olan alt bir ünsürdür.


4. Sistemli planlama

Marketinqi Necə Ölçərik?
Bir iş yerində sağlam və ətraflı bir planlama yoxdursa, o iş yerində sağlam idarə etmənin olmamasının nəticəsinidir. Onun üçündə bu anlayışın iş yerində olması vacibdir. Sistemli planlama, sadecə fəaliyyətlərin nizamlı olduğunu  göstərmək üçün deyil, idarəediciləri ətraflı düşünməyə və araştırma etməyə yönəltdiyi üçündə vacibdir.



Digər Oxşar Yazılarım:



About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok