Son Paylaşım

Razı Salmaq Üçün Bir Cümlə

       Mən bir qrup dostlarım arasında mənə diqqətlə qulaq asmaqları şərti ilə kiçik bir mövzu danışdım. Və sonda "Kimin sualı var?" deyə soruşdum. Heç bir kəsdən səs çıxmadı. Heçnə biruzə etmədən söylədimki seminarlarda, mövzularda hər zaman sonda sual verən şəxslər fərqliliyi, bir addım irəlidə olmağı sevənlərdi. (Əlbətdəki belə deyil :) ) Sonra yenə dostların fikirlərini üzərimə çəkib  yeni bir mövzu danışdım ve sonda yənədə "Sualı olan var?" Soruşduqda dostların bəzilərinin mövzuyla bağlı sualının olduğunu gördüm. Bu cümləni təkminləşdirərək başqa dostlar arasında bu təcrübəni yoxladıqda daha çox dostdan sual almağa başladım.Və anladım ki bizim söylədiyimiz sadecə bir cümlə qarşı tərəfi istədiyimiz yönə yönləndirə bilir. Bəs bu niyədə satışa tətbiq edilməsinki.
        Günümüzdə marketoloqlar və satış liderləri psixologiyaya daha çox önəm verirlər. Bunun nəticəsi kimi artıq satışla bağlı, marketinqlə bağlı seminarların çoxsu  " müştərini necə razı salmaq olar" mövzusu üzərində qrulur. Hər gün yeni yeni metodlar ortaya qoyulur.


          Məhsulun markasını fikirləşəndə, istehsal olunduqda, bazara təqdim ediləndə və s. çox növlü müştəriləri razı salma yöntəmləri məhsula əlavə olunur. Əsasəndə bu razı salma yöntəmləri insanların  psixologiyasına dayalı olur. Bu mövzulara toxunmuram sadecə satış əsnasında kı, kiçik ama təsiri böyük olan psixoloji amilə toxunmaq istəyirəm. Hələ heç bir kitabda rastıma gəlməyən bir yöntəmə toxunmaq istəyirəm. Bu yöntəmi  "Razı salmaq üçün bir cümlə" deyə adlandırıram.

       İnsanlar böyük çoxunluqla söhbət edərkən, qulaq asarkən, nə isə alarkən özləridə nədən təsirləndiklərini bilmədən razı qalırlar. Bunun səbəbini bilmədən dəfələrlə yenidən ya söhbət etmək ya qulaq asmaq ya həmin məhsulu almaq bir sözlə xoşlarına gələn hadisəni təkrarlamaq istəyirlər. Misal üçün : Hər kəsdə olur bu, mahnıda hər hansısa bir cümlədən təsirlənib yenidən mahnıya qulaq asmaq istəyi, kimləsə danışarkən qarşı tərəfdən gələn hər hansısa bir söz vəya cümlə, yenidən o insanla danışmaq istəyi yaradır insanda. Satış edərkəndə bu belədir.  Necəki bir mağazada satıcı tərəfindən işlədilən acı bir cümlə bir daha sizi o mağazaya getməkdən çəkindirirsə bu o deməkdirki bunun əksidə var.
         Gəlin indi mövzuya sırf satışçı tərəfdən baxaq. Hər kəsin bu cümlənin nə olduğunu bilməsi heçdə əsas deyil. Əsas olan odur ki siz nə satdığıvızı bilməlisiniz və bu məhsula uyğun olaraq ən ideal cümləni fikirləşməlisiniz. Dediyimiz həmin cümlə ilə hər insanı istədiyiniz yönə yönləndirə bilərsiniz və əsasda məhsuluvuzu almağa razı sala bilərsiniz. Sadecə edilməsi lazım olan şey məhsuluvuza uyğun ən ideal cümləni fikirləşib, təcrubədən keçirərək, üzərində məşq edin. Dahada Təkminləşdirin. Müştərilərivizə bildirmədən bunu işlədərək onları razı salın. Necəki mən danışdığım mövzunun sonunda bir cümlə işlədərək dostlarımdan istədiyim sualları aldım. Əgər sizin satışçılarıvız varsa bu cümləni onlarada örgədərək satışlarıvızı dahada çoxaldın.


Digər Oxşar Yazılarım:

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok